Çin Xalq Respublikasının Sədri Si Cinpin 1 may tarixindən etibarən ölkə ilə diplomatik münasibətlər saxlayan 53 Afrika dövlətindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarının sıfırlanacağını elan edib. Bu barədə Ay təqviminə görə Qırmızı At ili münasibətilə Afrika İttifaqının sədri Joau Lourensu və Aİ Komissiyasının rəhbəri Mahamud Əli Yusufa ünvanlanan təbrik teleqramında bildirilib.
Si Cinpin həmçinin Afrika malları üçün “yaşıl dəhliz” mexanizminin işinin optimallaşdırılacağını vəd edib. “Çinin bu yeni tədbirləri… Afrikanın inkişafı və Çin-Afrika modernləşmə arzusunun reallaşdırılması üçün yeni imkanlar yaradacaq”, — deyə ÇXR rəhbəri bildirib.
ÇXR-in Baş Gömrük İdarəsinin məlumatına görə, 2025-ci ildə Çin ilə Afrika ölkələri arasında ticarət dövriyyəsi 17,7% artaraq 348,05 milyard dollara çatıb. Çindən ixrac 25,8% artaraq 225,03 milyard dollar təşkil edib. Afrikadan idxal isə 5,4% artaraq 123,02 milyard dollara yüksəlib.





