26 C
Baku
Friday, April 19, 2024

Çin 15 illik fasilədən sonra ilk dəfə dövlət istiqrazı buraxıb

Çin hökuməti 2004-cü ildən bəri ilk dəfə 4 milyard avro dəyərində dövlət istiqrazı buraxıb.

Bu barədə Pekində rəsmi səfərdə olan Fransa prezidenti Emmanuel Makron ilə görüşdə Çinin sədri Si Tszinpin məlumat verib. 

“Avrobondlar Parisdə buraxılıb. Bu, Parisdəki beynəlxalq maliyyə mərkəzinə konstruktiv dəstəyimiz, eyni zamanda Çin, Fransa və Avropa arasında maliyyə əməkdaşlığının dərinləşdirilməsi üzrə ciddi tədbirdir”, – Çinin Mərkəzi Televiziyası Si Tszinpindən sitat gətirib.

Telekanalın məlumatına görə, istiqrzların 2 milyard avroluq hissəsi 7 il, 1 milyard avroluq hissəsi 12 il, 1 milyard avroluq hissəsi isə 20 il tədavüldə olacaq. 

Qeyd edək ki, E.Makron II Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində iştirak etdikdən sonra Şanxaydan Pekinə gedib.

©Report

Son xəbərlər
Digər xəbərlər