Çin hökuməti sentyabrın 1-dən inkişaf etməkdə olan 16 ölkədən idxal edilən malların çeşidinin 98%-nə rüsumları ləğv edəcək. Bu barədə çərşənbə axşamı Çin Maliyyə Nazirliyi məlumat yayıb.
Departamentin saytında dərc olunan bəyanatda Banqladeş, Vanuatu, Qvineya, Cibuti, Laos, Kamboca, Kiribati, Mozambik, Nepal, Ruanda, Sudan, Solomon adaları, Toqo, Mərkəzi Afrika Respublikası, Eritreya və Çad göstərilib. O, açıqlayır ki, ticarət məhdudiyyətlərinin aradan qaldırılması “bazar imkanlarından istifadə etməyə imkan verəcək, Çin və bu dövlətlərin birgə inkişafını təmin edəcək”.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Ölkəmiz Çin ilə diplomatik əlaqələr saxlayan [digər] zəif inkişaf etmiş ölkələrin məhsullarına tədricən sıfır rüsum tətbiq etməyə davam edəcək”, – bəyanatda deyilir.