16 C
Baku
Sunday, November 3, 2024

Çin 2020-ci illərin ortalarında dünyanın ən böyük aviasiya bazarı olacaq

Çin 2020-ci illərin ortalarında ABŞ-ı ötərək planetin ən böyük aviasiya bazarı olacaq.

Banker.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) qarşıdakı 20 illik dövr üçün sərnişin proqnozuna dair hesabatında qeyd olunur. Bildirilir ki, iqtisadiyyatın inkişafı Çində daxili və beynəlxalq hava nəqliyyatının genişlənməsinə öz təsirini göstərəcək.

İATA-nın proqnozlarına görə, hazırkı gedişlə 2037-ci ildə dünyada aviasiya ilə daşınan sərnişinlərin sayı iki dəfə çoxalaraq 8,2 milyard nəfərə çatacaq. Bu sektorda qarşıdakı 20 ildə 100 milyon yeni iş yeri yaranacaq.

Aviasiyanın gözlənilən inkişafında Asiya-Sakit okean hövzəsi ölkələrinin böyük payı olacaq. Belə ki, sərnişin artımının yarıdan çoxunu bu region təmin edəcək. Hindistan 2024-cü ilədək Böyük Britaniyanı qabaqlayaraq dünyada ən böyük üçüncü, İndoneziya isə 2030-cu ilədək dördüncü aviasiya bazarı olacaq.

Son xəbərlər
Digər xəbərlər