2 C
Baku
Saturday, December 14, 2024

Çin 2021-ci ildə ÜDM artımının 6%-dən çox olacağını gözləyir

Çin 2021-ci ildə üçün ÜDM artımının 6%-dən çox olacağını planlaşdırır. Bu barədə ölkənin baş naziri məlumat verib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, pandemiyadan sonra Çinin iqtisadi dirçəlişinə nikbin baxdığını, eyni zamanda istehlak xərclərində bir sıra “maneələrin” və əmək bazarına artan təzyiqin olduğunu vurğulayıb.

Xatırladaq ki, 2020-ci ildə ÇXR hökuməti heç bir hədəf təyin etməmişdir, lakin dünyada koronavirus pandemiyası fonunda ÜDM artımını göstərən yeganə ölkə olmuşdur.

Li qeyd edib ki, 2021-ci ildə Çin hakimiyyəti şəhərlərdə işsizlik səviyyəsini 5.5%-ə endirmək və 11 milyon yeni iş yeri yaratmaq niyyətindədir. Baş nazir 2019-cu ildə eyni sayda, 2020-ci ildə isə 9 milyon yeni iş yerinin yaradıldığını söyləyib. Onun sözlərinə görə, ilin əsas vəzifələrindən biri ölkədəki elm və texnologiya inkişafının dərinləşməsini təmin etmək, “maliyyə sektorunda və digər sahələrdə risklərin qarşısını almaq və ya təsirini azaltmaq” olacaq. O, ölkənin “bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı Çin-ABŞ işgüzar əlaqələrinin böyüməsinə kömək edəcəyini” vurğulayıb.

Bunlardan əlavə, Çin Trans-Sakit Okean tərəfdaşlığı müqaviləsinə qoşulma ehtimalını da fəal şəkildə müzakirə edir. CNBC qeyd edir ki, 2017-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu müqavilədən çıxıb.

Baş nazir cümə günü etdiyi çıxışında Çinin Covid-19-un yayılması üzərində nəzarətdə hələ də “zəif əlaqələrin” olduğunu, lakin pandemiyadan sonra ölkə iqtisadiyyatının kifayət qədər sağaldığını bildirib. Bir il əvvəl Çin hökuməti 2019-cu ilin dekabrından başlayan yeni koronavirus pandemiyasını cilovlamaq üçün tələb olunan sərt məhdudlaşdırıcı tədbirlər səbəbindən ÜDM artımı üçün hədəf müəyyənləşdirməkdən imtina edib.

Son xəbərlər
Digər xəbərlər