3 C
Baku
Saturday, December 14, 2024

Çin 2021-ci ildən bəri ilk dəfə deflyasiya yaşayır

Çində istehlak qiymətləri indeksi (CPI) iyulda ötən illə müqayisədə 0.3% azalıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. 2021-ci ilin fevralından bəri ilk dəfədir ki, Çin deflyasiya yaşayır.

İqtisadçılar Çində qiymətlərin aşağı düşməsini zəif daxili tələb və COVID-19 pandemiyasından gözləniləndən zəif iqtisadi bərpa ilə əlaqələndirirlər. İstehsalçı qiymətləri indeksi artıq onuncu aydır ki, aşağı düşür. İyul ayının nəticələrinə görə, ötən illə müqayisədə 4.4% azalıb.

Bir gün əvvəl, avqustun 8-də Çin Statistika Bürosu iyul ayı üzrə ixrac və idxal məlumatlarını dərc edib. İyulda ölkədən ixracın həcmi ötən illə müqayisədə 14.5% azalaraq 281.8 milyard dollar təşkil edib ki, bu da 2020-ci ilin əvvəlindən bəri ən əhəmiyyətli azalma olub.

Son xəbərlər
Digər xəbərlər