Çin Milli Statistika Bürosunun məlumatına görə, 2022-ci ilin birinci yarısında Çin qaz idxalını 10% azaldaraq 53.57 milyon tona çatdırıb. Bununla yanaşı, ölkədə enerji ehtiyatlarının istehsalının artımı illik ifadədə 4.9 faiz – 109.6 milyard kubmetrə qədər artıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
2022-ci ilin iyun ayında Çinə qaz idxalının həcmi keçən ilin iyun ayı ilə müqayisədə 14.6% azalıb.
Əvvəllər məlum olub ki, Çinə idxal olunan qazın həcminin ümumi azalması fonunda Rusiyanın Çinə mayeləşdirilmiş qaz idxalında payı fevralda 8%-ə yüksəlib ki, bu da 2021-ci ilin fevral ayı səviyyəsindən iki dəfə çoxdur. “Bloomberg”in verdiyi məlumata görə, Çin enerji idxalçıları mövcud mənbələrdən idxalın potensial məhdudlaşdırılması fonunda tədarükləri diversifikasiya etmək imkanı axtarırlar.