Avstraliya Strateji Siyasət İnstitutunun (ASPI) araşdırması göstərib ki, Çin əksər əsas texnoloji sahələrdə elmi nailiyyətlərin sayına görə birinci yerdədir.
“Critical Technology Tracker” göstərir ki, Çin nanomateriallar və robototexnikadan başlamış qabaqcıl rabitə, müdafiə və kosmik texnologiyalara qədər tədqiq edilmiş 44 əsas sahədən 37-də liderlik edir.
Xüsusilə, son beş ildə Çin alimləri müasir təyyarə mühərrikləri ilə bağlı ən mühüm elmi işlərin 48.49%-nin müəllifidirlər. Bu sahədə lider olan on tədqiqat mərkəzindən yeddisi ölkə ərazisində yerləşir.
Texnologiya yarışında ikinci yerdə yeddi sahədə liderlik edən ABŞ gəlir.