7 C
Baku
Tuesday, December 17, 2024

Çin 54 ölkənin vətəndaşları üçün vizasız tranzit səyahəti müddətini artırıb

Çin hökuməti ölkəyə səyahət imkanlarını artırmaq məqsədi ilə 54 ölkənin vətəndaşlarına vizasız tranzit səyahət imkanı verəcək.

Dövlət İmmiqrasiya Administrasiyası daha əvvəl qüvvədə olan tranzit səyahət müddətini 144 saatdan 240 saata (10 gün) qaldırıb. Belə ki, Rusiya, ABŞ, Böyük Britaniya, Kanada, Braziliya da daxil olmaqla 54 ölkənin vətəndaşları 3-cü ölkəyə səyahət zamanı Çin ərazisində vizasız 10 gün qala biləcəklər. Bundan başqa, xaricilər daha 22 sərhəd-keçid məntəqəsi vasitəsi ilə vizasız tranzit səyahəti imkanından istifadə edə biləcəklər. Bu cür səyahət imkanı verən sərhəd-keçid məntəqələrinin sayı 60-a çatıb.

Qeyd edək ki, yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövründən 86,2 faiz çox əcnəbi (29 milyon 200 min nəfər) Çinə səfər edib. Onların 17,4 faizi vizasız gediş-gəliş rejimindən yararlanıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər