12 C
Baku
Monday, November 25, 2024

Çin 950-dən çox mal üçün idxal rüsumunu azaldır

2022-ci il yanvarın 1-dən Çin hökuməti xarici ticarət əlaqələrinin inkişafını stimullaşdırmaq üçün 950-dən çox mal üçün idxal rüsumlarını azaldacaq.

Banker.az xəbər verir ki, qarşıdan gələn düzəlişin məqsədi “əhalinin maliyyə yükünü yüngülləşdirmək, xaricdən gətirilən bəzi dərman və tibbi məhsulların, eləcə də ərzaq məhsullarının əlçatanlığını artırmaqdır.

Bəyanatda göstərildiyi kimi, ÇXR hökuməti dəniz məhsulları, o cümlədən qızılbalıq və treska, meyvələr, pendir, xərçəng əleyhinə dərmanlar və yüksək texnologiyalı məhsullar üzrə tarifləri salmaq niyyətindədir. Bundan əlavə, gələn ilin əvvəlindən akkumulyator komponentləri, jelatin və donuz əti üçün rüsumlar ləğv ediləcək.

2022-ci il iyulun 1-dən Çin informasiya texnologiyaları sahəsində 62 mal üçün gömrük tariflərini azaldacaq.

Son xəbərlər
Digər xəbərlər