23 C
Baku
Tuesday, May 28, 2024

Çin ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını dayandırdı

Agentliyin verdiyi məlumata görə, Çindəki dövlət kənd təsərrüfatı müəssisələri Amerika kəndə təsərrüfatı məhsullarını almağı dayandıraraq, ticarət danışıqlarının gedişatını izləməyə davam edirlər.

Banker.az xəbər verir ki, Vesti.Ekonomika-nın daha əvvəl verdiyi məlumata görə, cümə axşamı günü ABŞ prezidenti Donald Tramp, Çindən idxal olunan bütün mallara 10%-lik rüsum tətbiq etmək niyyətində olduğunu söyləyib. Prezident sonrakı dövrdə bu rüsumları 25% qədər artıra biləcəyini bildirib.

Ticarət danışıqlarında iştirak edən mənbələrdən Bloomberg-ə verilən məlumata görə, Pekin rəsmiləri Trump-ın açıqlamasından heyrətləniblər.

Çin ABŞ-a qarşı cavab tədbirləri görəcəyini bildirib.

Tramp əlavə olaraq qeyd edir ki, Çin Amerikadan kənd təsərrüfatı məhsullarını almadığı üçün verdiyi vədləri yerinə yetirməyib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər