Çin ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını kəskin şəkildə azaldır

0

ÇXR-in Kən Təsərrüfatı İdarəsi bu həftə ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalında kəskin azalmanı göstərən son statistikanı dərc edib.

Banker.az-a daxil  olan məlumata görə, ekspertlər hesab edirlər ki, Çin idxalçıları dünyanın iki böyük iqtisadiyyatı arasında gedən ticarət müharibəsi səbəbindən tədarük kanallarını Amerikadan digər ölkələrə köçürürlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2019-cu ilin ilk beş ayında ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,3% azalıb.

Çin istehsalçıları öz diqqətini Braziliya və Argentinaya, eyni zamanda Cənub-Şərqi Asiya ölkələrinin Assosiasiyasına (Tailand, İndoneziya, Malayziya, Sinqapur, Filippin, Vyetnam, Bruney, Myanma, Kamboca və Laos) ölkələrinə yönəldib. 

Rəsmi məlumata görə, cari ilin ilk beş ayında Avropa İttifaqı, Avstraliya və Kanadadan idxalın həcmi artıb.

“Çin ümidini əsasən yerli toxuculuq sənayesinə, pambıq istehsalına bağlayıb, – deyə kənd təsərrüfatı üzrə analitik Ma Venfen qeyd edir. – Eyni zamanda ölkə amerikan xammalından asılılığı azaltmaq üçün bir çox islahatlar aparır”.

Ncpqh.com tərəfindən hazırlanmış bir hesabat göstərir ki, 2017-ci ildə Amerika pambığının ümumi idxalı 505,4 min ton və ya Çinə verilən pambığın ümumi həcminin 4,1% -ni təşkil edir.

Cngrain.com saytının baş redaktoru Jiao Shanwei-ya görə, ticarət müharibəsinin daha da artması ABŞ-ın kənd təsərrüfatı sektorunun Çin bazarında daha böyük bazar payını itirməsinə səbəb olacaq.

“Soyanın ən iri istehsalçıları Cənubi Amerika ölkələridir, xüsusilə də Braziliya. ABŞ-ın ümumi idxaldakı payı cəmi 1/3 təşkil edir”, – deyə Shanwei qeyd edib.

Çin digər ölkələrdən gələn kənd təsərrüfatı məhsullarının tədarükünü artırarkən, ABŞ-ın kənd təsərrüfatı sektoru, ekspertlərin fikrincə, ticarət müharibəsində daha çox itki verib.