26 C
Baku
Saturday, July 27, 2024

Çin ABŞ-ı dialoqu bərpa etməyə dəvət edib

Çinin XİN rəhbəri ABŞ-ı dialoqu bərpa etməyə dəvət edib. Vaşinqtonun əvvəlki rəhbərliyinin hərəkətləri səbəbindən Çin və ABŞ arasındakı münasibətlərdə ciddi çətinliklər yaşansa da, Pekin dialoqu bərpa etmək üçün çalışmağa hazır olduğunu söyləyib.

Bu barədə Banker.az xarici KİV-ə istinadən xəbər verir.

Nazirin sözlərinə görə, ikitərəfli münasibətlərin pozulmasının əsas səbəbi ABŞ-ın keçmiş rəhbərliyinin Çinin inkişaf tendensiyalarını və siyasətini səhv qiymətləndirməsi, həmçinin bunun bəhanəsi ilə Çinə təzyiq göstərmək üçün müxtəlif addımlar atması ölüb.

Eyni zamanda, Çin ABŞ-ın daxili işlərinə qarışmadığını vurğulayır. Pekin Vaşinqtona qarşı çıxmaq və onu təhrik etmək istəmədiyini qeyd edib.

“Biz dinc yaşamağa hazırıq və ABŞ ilə ümumi inkişaf uğrunda çalışırıq. Bununla yanaşı, ABŞ-ın Çinin təməl maraqlarına, milli ləyaqətinə və inkişaf etmək hüququna hörmət göstərəcəyini ümid edirik”, – nazir əlavə edib.

O, Çinin son 70 ildə heç bir müharibədə iştirak etmədiyini də bildirib. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp dəfələrlə Çini pandemiyanın yayılmasına gətirib çıxaran səhv hərəkətlərdə günahlandırıb.

Son xəbərlər
Digər xəbərlər