26 C
Baku
Saturday, July 27, 2024

Çin ABŞ-ı İrana qarşı sanksiyaları dərhal ləğv etməyə çağırdı

ABŞ İrana dair nüvə razılaşmaya geri qayıtmalı və tətbiq olunan bütün sanksiyaları dərhal ləğv etməlidir.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl İran Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvandi Fordo obyektində uranı 20%-ə qədər zənginləşdirildiyini bildirmişdir. Bundan əlavə, İran Parlamentinin təşəbbüsü ilə “Sanksiyaların ləğvi üçün strateji tədbir” qanunu təsdiqləmişdi. ABŞ Dövlət Departamentinin nümayəndəsi bunu təhdid kimi qəbul etdiyini açıqlayıb.

“Hal-hazırda əsas vəzifə ABŞ-a heç bir şərt qoymadan dərhal İranın nüvə proqramı ilə bağlı razılaşmanı həyata keçirməyə başlamağa kömək etmək, eyni zamanda bütün müvafiq sanksiyaları ləğv etmək və əvvəlki münasibətlərin bərpası üçün şərait yaratmaqdır”, – deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

“Biz bütün tərəfləri sakit və təmkinli olmağa, nüvə razılaşmasının həyata keçirilməsinə dair konsensusa əməl etməyə, vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə və diplomatik səylərə yer ayırmağa çağırırıq”, – deyə Hua Chunying əlavə edib.

Qeyd edək ki, nüvə razılaşması İranın uranı 3.67% səviyyəsində zənginləşdirməli olduğunu nəzərdə tutsa da, Tehran bu məhdudiyyəti ləğv edərək zənginləşdirməni 4%-dən çox artırıb.

Son xəbərlər
Digər xəbərlər