Çin ABŞ ilə razılığa əsasən mal tədarükünü 200 milyard dollara qədər artıracaq

Çin ABŞ ilə bağladığı ticarət müqaviləsinin birinci mərhələsi çərçivəsində yaxın iki il ərzində amerikan mallarının alışını 200 milyard dollara qədər artırmaq məcburiyyətində olacaq.

Banker.az xəbər verir ki, bu haqda Çin Maliyyə Nazirliyinin yaydığı məlumata istinadən RİA Novosti xəbər verib.

31 dekabr 2021-ci ilədək Çin ABŞ-dan 200 milyard dollar dəyərində sənaye və kənd təsərrüfatı məhsullarını, xidmətlər və enerji alacaq.

Bundan əlavə, 2020 və 2021-ci illərdə Çin ABŞ-dan əlavə olaraq 12,8 milyard və 25,1 milyard dollar dəyərində əlavə xidmətlər almaq məcburiyyətindədir. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları