36 C
Baku
Tuesday, July 15, 2025

Çin ABŞ ilə sona qədər mübarizə aparmağa hazırdır

Çin ABŞ ilə sona qədər mübarizə aparmağa hazırdır. ÇXR-in Dövlət Şurası tərəfindən bazar günü nəşr olunan “Ağ Kitab” adlı kitabdan belə nəticəyə gəlmək olar.

Banker.az xəbər verir ki, ÇXR rəhbərliyi prinsipial məsələlər üzrə kompromisə hazır deyil və onun bu mövqeyi dəyişməz olaraq qalır.

Eyni zamanda sənəddə deyilir ki, ABŞ ilə ticarət və iqtisadi əməkdaşlıq yeganə doğru seçimdir. Belə ki, bu əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir.

“Çin prinsipial məsələlər üzrə kompromisə hazır deyil. Çin ticarət müharibəsini istəmir, lakin zərurət olduğu halda mübarizəni davam etdirməyə hazırdır. Pekinin bu məsələ ilə bağlı mövqeyi heç vaxt dəyişməyib. Tariflərə gəldikdə, bu hər iki ölkənin və bütün dünyanın maraqlarına zərər verir. ABŞ-ın əqli mülkiyyətin oğurlanması ilə bağlı Çinə qarşı irəli sürdüyü ittihamlar isə əsassızdır”.

Xatırladaq ki, ölkələr arasında gedən ticarət müharibəsi ötən il, bəzi mallara tariflərin qaldırılması ilə başlamışdır. Keçirilmiş çoxsaylı danışıqlar heç bir nəticə verməyib. Qeyd edək ki, ABŞ Çinin bir sıra texnoloji nəhənglərinin fəaliyyətini blok edib.

Bazarlar artıq bu mübarizədən irəli gələn təhlükələri başa düşürlər.

May ayında fond indekslərinin dinamikası son 9 ildə ən pis vəziyyətə düşüb. Dünya bazarının kapitallaşması 5 trilyon dollar azalıb.

Azalma bu gün də davam edir. ABŞ indeksləri üzrə fyuçers düşür, neft bazarında çöküş davam edir. Brent markalı neftinin qiyməti 61 dollardan aşağıdır.

Son xəbərlər
Digər xəbərlər