Çin Amerikanın “Human Rights Watch” (HRW) qeyri-hökumət təşkilatına qarşı sanksiya tətbiq edib.
Banker.az xəbər verir ki, bu haqda ÇXR-in Xarici işlər Nazirliyinin açıqlamasına istinadən “Reuters” məlumat verib.
Pekin bu tədbirləri təşkilatın Hong-Kongdakı etirazçılara dəstək verməsi ilə əlaqələndirib. Nazirlik HRW-in hərəkətində ekstremizmə və zorakılığa dəstək meylliyini görüb.
Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp noyabrın 28-də Hon-Kongda insan hüquqları və demokratiya qanununu qəbul etmişdir və bu, qanun pozanlara qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq etmək imkanını verib.
ÇXR-in Xarici İşlər Nazirliyi ABŞ-ın hərəkətini beynəlxalq hüququn pozulması və açıq-aşkar hegemonluq adlandırıb. Trampın qəbul etdiyi qanun həmçinin Hong-Kong hökuməti tərəfindən tənqid olunub. Muxtar vilayət ABŞ-ı Hong-Kongun statusuna hörmət etməyə çağırıb.