Çin hakimiyyəti böyük şirkətlərdən ABŞ-ın bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən soyanın idxalını dayandırmasını istəyib. Bunun əsas səbəbi ABŞ və Honkonq arasındakı gərginlikdir. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib.
Qeyd edildiyi kimi, “Cofco” və “Sinograin” dövlət treyderlərinə idxalı dayandırmaq göstərişi verilib. Mənbələrdən biri qeyd edir ki, çinli alıcılar ilk növbədə Amerikadan donuz ətinin idxalını dayandırıblar.
Mesajlar təsdiqləndiyi təqdirdə, Vaşinqton və Pekinin yanvarın 15-də imzaladığı razılaşmanın realizəsi üçün təhlükə yaranacaq. Belə ki, müqavilənin şərtlərinə görə, Çin ABŞ-dan 2017-ci ilin səviyyəsindən 200 milyard dollar çox kənd təsərrüfatı məhsullarını almalıdır.
Covid-19 pandemiyası, habelə Pekinin Honkonqa qarşı irəli sürdüyü siyasət ziddiyyətləri daha da ağırlaşdırır.