15 C
Baku
Sunday, April 14, 2024

Çin ABŞ-ın “Micron Technology” şirkətinə qarşı təhqiqata başlayıb

Çin hakimiyyəti yaddaş çipləri istehsalçısı olan ABŞ şirkəti “Micron Technology”-ə qarşı təhqiqata başlayıb.

Bu barədə Çinin Kibertəhlükəsizliyə Nəzarət İdarəsinin cümə günü yaydığı məlumatda deyilir.

“Əsas informasiya infrastrukturunda tədarük zəncirlərinin təhlükəsizliyini qorumaq və gizli kibertəhlükəsizlik təhdidlərinin qarşısını almaq, həmçinin milli təhlükəsizlik üçün “Micron Technology” tərəfindən Çində satılan məhsullara qarşı yoxlamaya başlanılıb”, – departamentin açıqlamasında bildirilir.

Bu, agentliyin son bir neçə il ərzində xarici şirkətlə bağlı ilk belə araşdırmasıdır.

“Micron” dünyanın ən böyük yaddaş çipləri istehsalçılarından biridir. Şirkətin məlumatına görə, gəlirinin təxminən 10 faizi Çin bazarından əldə edilir. “Micron”un Shenzhen və Şanxayda ofisləri var.

Son xəbərlər
Digər xəbərlər