19 C
Baku
Bazar, Sentyabr 19, 2021

Çin ABŞ-ın sanksiyalarından qorunmaq üçün yeni mexanizm işə salır

Screen Shot 2021 09 02 at 14.34.20

Çinin Dövlət Şurası şirkətləri “ədalətsiz” xarici sanksiyalardan qorumaq üçün yeni qaydaları təsdiq edib.

Banker.az bu barədə “Forbes.ru”ya itsinadən xəbər verir.

Verilən məlumata görə, onlar ölkənin Ticarət Nazirliyi tərəfindən hazırlanıb, yanvarın 9-u təsdiqlənib və departamentin veb-saytında (Çin dilində) yerləşdirilib. Tələblər dərc olunduğu andan qüvvəyə minib.

Beləliklə, bütün Çin vətəndaşları, hüquqi şəxslər və digər təşkilatlar iqtisadi və ya ticarət fəaliyyətlərinə müdaxilə edən xarici məhdudlaşdırıcı və ya qadağanedici tədbirlərlə qarşılaşdıqları təqdirdə, 30 gün ərzində Dövlət Şurasına bu barədə məlumat verməlidirlər. Hökumət xarici sanksiyaların tanınmasını və icrasını qadağan edə bilər.

Bununla yanaşı, Dövlət Şurası qadağanı müvəqqəti olaraq ləğv etmək hüququna malikdir və yerli şirkətlərə xarici hökumətin tələblərini yerinə yetirməyə icazə verir. Əgər təşkilat icazəsiz olaraq sanksiyalara uyğunlaşmağa çalışsa, Çin vətəndaşları məhkəmə yolu ilə ondan təzminat tələb edə biləcəklər.

Sanksiyaların “qanuniliyi” təyin edilərkən, məhdudiyyətlərin beynəlxalq hüquqa zidd olub-olmadığı və Çinin suverenliyinə, təhlükəsizliyinə və maraqlarına təsir edib-etməməsi qiymətləndiriləcək. Əgər müəssisə xarici sanksiyaları görməməzliyə vurduğu üçün zərər çəkirsə, dövlət ona dəstək verə bilər. Bununla yanaşı, Çin hökuməti sanksiyalara qarşı cavab tədbirləri görə bilər.

Yeni qaydalar Çinin bağladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan tədbir və məhdudiyyətlərə şamil edilmir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər