13 C
Baku
Sunday, November 24, 2024

Çin ABŞ-ın Tayvanla bağlı güzəştindən imtina edib

Çin Tayvan məsələlərində və ümumilikdə onun ərazi bütövlüyündə güzəştə getməyəcək, bu barədə Çin diplomatiyasının kuratoru Vanq Yi ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə bildirib.

Vanq Yi bildirib ki, iki dövlət arasında münasibətlər çıxılmaz vəziyyətə düşüb, onlar kritik andadır, Pekin və Vaşinqton əməkdaşlıq və münaqişə arasında seçim etməlidir. O, Blinkenə “dərin düşünməyi və fikir ayrılıqlarını birgə həll etmək və strateji sürprizlərdən qaçmaq üçün Çinlə işləməyi” təklif edib.

Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Bundan əvvəl Blinken Çinin xarici işlər naziri Qin Gang ilə görüşüb. Görüş yeddi saat yarım davam edib.

Çin Tayvanı özünün əyaləti hesab edir. Ötən əsrdən bəri ABŞ Çinin Tayvan üzərində suverenliyini rəsmən tanıyıb və xəbərdarlıq edir ki, Pekin adanı ələ keçirmək qərarına gəlsə, Vaşinqton bunun qarşısını alacaq.

Son xəbərlər
Digər xəbərlər