12 C
Baku
Wednesday, December 11, 2024

Çin ABŞ-ın üç şirkətinə qarşı sanksiya tətbiq edəcək

Pekin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə qarşı sanksiya tətbiq edəcək.

Banker.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirib.

Qeyd edildiyi kimi, sanksiyalar Amerikanın “Lockheed Martin”, “Boeing Defence” və “Ratheon” şirkətlərinə şamil ediləcək.

“Beynəlxalq maraqlarımızı qorumaq üçün müvafiq addımlar atmağa qərar verdik. Bu prosesdə əhəmiyyətli rol oynamış ABŞ şirkətlərinə qarşı sanksiya tətbiq edəcəyik”, – Zhao Lijian söyləyib.

Son xəbərlər
Digər xəbərlər