Çin ABŞ-nin neft sənayesinə və kənd təsərrüfatı avadanlıqlarına 10% rüsum tətbiq edib, bu barədə ölkənin Dövlət Şurası məlumat yayıb. Həmçinin bildirilir ki, Çin ABŞ-dən gələn kömür və maye qaza 15% rüsum tətbiq etmək qərarını verib.
Xatırladaq ki, ABŞ-nin yeni administrasiyası daha əvvəl Çindən gələn mallara 10% rüsum tətbiq etdiyini açıqlamışdı. Kanada və Meksikaya qarşı oxşar tədbirlər təxirə salınsa da, Çinə qarşı tariflər qüvvədədir.