Çin hakimiyyəti sosial şəbəkənin satışının arzuolunmaz olduğunu bildirərək, “TikTok” tətbiqinin sahibi olan “ByteDance” şirkətinə müraciət edib. ÇXR tətbiqin satışını deyil, ABŞ-da qadağan edilməsini üstün tutur.
Ayın əvvəlində ABŞ Konqresinin aşağı palatası sosial şəbəkənin Amerika korporasiyasına satılmadığı təqdirdə “TikTok”un qadağan edilməsinə səs verib. Təşəbbüs platformanın Çinin nəzarətində olan istənilən qurumla əlaqələrini kəsmək üçün təklif edilib.
Ağ Ev bəyan edib ki, TikTok ABŞ-nin milli təhlükəsizliyinə təhdiddir. Hesab edilir ki, Çin hökuməti istənilən vaxt 170 milyon amerikalı istifadəçinin məlumatlarına çıxış əldə edə bilər.
Bundan əvvəl “Evening” “Telegram” kanalı xəbər vermişdi ki, ABŞ Konqresi tətbiqin mülkiyyət hüququnun Çin şirkətindən Amerika nümayəndəsinə keçməsi üçün müvafiq qanun layihəsi hazırlayıb.