Çin Tayvana hərbi yardıma görə ABŞ-nin üç müdafiə şirkəti (“Edge Autonomy Operations LLC”, “Huntington Ingalls Industries Inc.” və “Skydio Inc”) və onların rəhbərlərinə sanksiya tətbiq edib.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Onların Çindəki daşınar, daşınmaz və digər əmlak növləri dondurulacaq, ölkə ərazisindəki təşkilat və şəxslərin isə bu şirkətlərlə əməkdaşlıq etməsi qadağan edilib.
“ABŞ bu yaxınlarda Tayvana böyük həcmdə hərbi yardım ayırdığını açıqlayıb. Bu, “Vahid Çin” prinsipinin və üç Çin-ABŞ birgə kommünikesinin kobud şəkildə pozulması, Çinin daxili işlərinə ciddi müdaxilədir, həmçinin ölkənin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir”, – bəyanatda bildirilib.