Çin ABŞ-yə iki panda göndərib

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Atlanta şəhərində yerləşən zooparka iki nəhəng pandanın göndərildiyini təsdiqləyib. Müvafiq açıqlama brifinq zamanı Çin XİN-in rəsmi nümayəndəsi Guo Jiakun tərəfindən verilib.

O bildirib ki, Çin və ABŞ arasında nəhəng pandaların qorunması sahəsində əməkdaşlığın yeni mərhələsi bu heyvanların rifahının yaxşılaşdırılmasına, pandaların və digər nəsli kəsilməkdə olan növlərin mühafizəsi potensialının artırılmasına, qlobal biomüxtəlifliyin qorunmasının təşviqinə, həmçinin Çin və ABŞ xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə verəcək.

Son xəbərlər
Digər xəbərlər