Ümumdünya Xalq Konqresinin Daimi Komitəsi Əhali və Doğuş Planlaması Qanununa dəyişiklik edərək, ailələrin üçüncü övlad sahibi olmasına icazə verib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Demoqrafik siyasətin dəyişməsi sayəsində hökumət doğum nisbətini məhdudlaşdırmaq üçün görülən uzunmüddətli tədbirlərin nəticələri aradan qaldırmağı planlaşdırır.
Qanunun yeni versiyasına əsasən, dövlət uyğun yaşda evlənməyi və uşağa sahib olmağı, o cümlədən ailədə üçüncü uşağın olmasını təşviq edir. Bundan əlavə, hökumət uşaqların doğulması və tərbiyəsi üçün valideynlərin xərclərini azaltmaq məqsədilə maliyyə, vergi, sığorta, təhsil və mənzil güzəştlərini tətbiq etməyi öz öhdəsinə götürür.
Xatırladaq ki, Çində “Bir ailə – bir uşaq” şüarı 1979-cu ildə tətbiq olunub. 2013-cü ildə dövlət ailələrə ikinci uşaq sahibi olmasına icazə verib.