15 C
Baku
Saturday, April 20, 2024

Çin alimləri “antikorona” smartfonunu təqdim etdi

Çin alimləri koronavirusdan “qoruyan” smartfon yaradıblar. Həmin smartfonun rəsmi adı Honor Play4 Pro-dur.

Mobil qurğunun əsas xüsusiyyəti Fluke Ti25 funksiyasının real şəraitdə quraşdırılmasıdır. Məhz bu funksiyaya görə, smartfon IR sensoru sayəsində temperatur ölçə bilir.

Sensor əsas kameraya yaxın yerləşdirilib, buna görə də temperatur haqqında dəqiq məlumat verir. Honor Play4 Pro, maddələrin, canlı orqanizmlərin temperaturunu -20-dən 100 dərəcəyə qədər müəyyən edir.

Qeyd edək ki, cihaz çox dəqiq nəticələr göstərir. Ehtimal olunan səhv 0,1 dərəcə təşkil edir.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər