28 C
Baku
Saturday, July 27, 2024

Çin “Alipay” ödəniş sistemini bölür və əsasında kredit tətbiqini yaradır

2021-ci ilin iyununda Çin hökuməti “Ant Group” şirkətini iki kredit müəssisinə – “Huabei” və “Jiebei” – bölməyi əmr edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Financial Times” qəzetinin verdiyi məlumata görə, onların hər iksi dövlətə məxsus olacaq və ayrıca yaradılacaq tətbiqin əsasını təşkil edəcək.

Hökumət şirkətin böyük miqyasda istifadəçi məlumatlarına nəzarət etməsi səbəbindən inhisarçı olduğunu düşünür. Çin buna son qoymağı planlaşdırır. Dövlətə məxsus “Zhejiang Tourism Investment Group” müəssisəsi səhmlərin böyük hissəsinə sahib olsa da, “sükan arxasında” Cek Manın komandası duracaq.

Qeyd edək ki, “Alipay”ın bir milyarddan çox istifadəçisi var. Şirkətdən verilən məlumata görə, “Ant Group”un kredit şöbəsi 2020-ci ildə ona 39% gəlir gətirib.

“Ant Group” – “Alibaba”nın törəməsidir. Sonuncu bazar ertəsi günü Honkonq birjasında 5.9% ucuzlaşıb.

2020-ci ilin oktyabr ayında “Ant Group” birjada tarixin ən böyük IPO-sunu keçirməyə qərar versə də, noyabrın 2-də Şanxay və Honkonq birjasında proses dayandırılıb.

Dekabrın 24-ü Çin hökuməti “Alibaba”ya qarşı antiinhisar araşdırmaya başladığını elan edib. Eyni ayda Çin Xalq Bankı şirkəti fəaliyyətini ödəniş xidmətinin inkişafına yönəltməyə çağırıb.

Tənzimləyicilərlə birlikdə şirkət yenidənqurmanın planını hazırlayıb: plana görə, “Ant” maliyyə holdinqinə çevriləcək və bankların qoyduğu tələblərə əməl edəcək.

Son xəbərlər
Digər xəbərlər