Çin səlahiyyətliləri ABŞ-ın texnoloji şirkətlərinin “qara siyahı”sını hazırlayır, lakin siyahının nə vaxt açıqlanacağı ilə bağlı yekun qərar verilməyib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr bildirib ki, rəsmi Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı hərəkətlərinə cavab verməyə çalışsa da, ABŞ-ın gördüyü tədbirlərdən daha sərt addımlar atmaq istəmir.
Qəzetin yazdığına görə, “qara siyahı” ABŞ-da keçiriləcək prezident seçkilərindən öncə açıqlana bilər.