Çinin hava yolu şirkətlərindən biri olan “China Southern Airlines” koronavirus pandemiyası səbəbindən dayandırılan İstanbul aviareyslərini bərpa etdiyini açıqlayıb.
Banker.az xəbər verir ki, bu barədə İstanbul Hava Limanı Operatoru İGA məlumat yayıb.
İGA-nın sosial media hesablarından paylaşdığı paylaşımda deyilir:
” “China Southern Airlines” bu gündən etibarən yenidən Vuhan-İstanbul uçuşlarına başladı. Sizə xoş, təhlükəsiz uçuşlar arzulayırıq”