1 C
Baku
Saturday, December 14, 2024

Çin aviaşirkətləri 37 milyard dollarlıq “Airbus” təyyarələri alacaq

Çinin 3 əsas aviasiya şirkəti – “China Southern Airlines”, “China Eastern Airlines” və “Air China” ümumi dəyəri 37 milyard ABŞ dolları olan 292 ədəd “Airbus A320neo” təyyarəsi sifariş edib.

“China Southern” və “Air China” hər birinə 96, “China Eastern” isə 100 təyyarə sifariş verib. Yeni təyyarələrin alınması Çin mülki aviasiya sektorunun gələcək inkişafını və artan bazar tələbatını təmin edəcək. Bildirilir ki, təyyarələrin sifarişçilərə çatdırılması 2023-2027-ci illərdə reallaşacaq.

“Airbus” konserni Çin şirkətləri ilə sövdələşməni təsdiqləyib. Konsernin kommersiya ofisinin rəhbəri Kristian Şerer bildirib ki, Çin şirkətlərinin yeni sifarişi müştərilərin “Airbus”a güclü inamını nümayiş etdirir.

Qeyd edək ki, “Airbus A320neo” təyyarələrinin karbon emissiyası “A320” tipli digər hava gəmiləri ilə 20 faiz az yanacaq işlədir, səs-küyü isə 50 faiz azdır. Hazırda Çin aviaşirkətlərinin istismarında 2070 ədəd “Airbus” təyyarəsi var.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına əsasən, Çin şirkətləri növbəti 20 il ərzində təxminən 1460 geniş, 5160 dar gövdəli, habelə min ədəd regional cet almalıdır. Bu səbəbdəndir ki, dünyanın iri təyyarə istehsalçıları Çin bazarında yarışa giriblər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər