Çin aviaşirkətləri aprelin 5-dən yanacaq haqqını altı dəfə artıracaq

Çinin bir neçə aviaşirkəti 5 aprel tarixindən daxili reyslər üçün yanacaq haqqını altı dəfə artıracaq. Qiymətləri “Xiamen Airlines”, “China United Airlines” və “Colorful Guizhou Airlines” artırmağı planlaşdırır. Hazırda 800 km-ə qədər olan uçuşlar üçün yanacaq yığımı 10 yuan (1,45 dollar), 800 km-dən çox uçuşlar üçün isə 20 yuan (2,9 dollar) təşkil edir. 5 apreldən etibarən bu məbləğlər müvafiq olaraq 60 yuan (8,71 dollar) və 120 yuan (17,43 dollar) olacaq.

28 fevral tarixində ABŞ və İsrail İrana qarşı zərbələr endirməyə başlayıb. Buna cavab olaraq Tehran Yaxın Şərqdəki ABŞ bazalarına hücum edib və Fars körfəzi ölkələrindən neft və qaz tədarükü üçün əsas marşrut olan Hörmüz boğazını bağlayıb. Enerji təchizatında yaranan fasilələr ABŞ və Avropa ölkələrində qiymətlərin kəskin artmasına səbəb olub. Martın 25-də İran hakimiyyəti dost ölkələrdən, o cümlədən Çin və Rusiyadan olan gəmilərin dəniz dəhlizindən keçidinə icazə veriləcəyini vəd edib. Bununla belə, “Reuters”in məlumatına görə, iki Çin konteyner gəmisi Hörmüz boğazından keçə bilməyib.

Son xəbərlər
Digər xəbərlər