Yaponiya Avtomobil İstehsalçıları Assosiasiyasının (JAMA) məlumatına görə, 2023-cü ildə ölkə avtomobil ixracında uzunmüddətli liderliyini itirib, Banker.az bu barədə The Bell nəşrinə istinadən xəbər verir.
Yaponiya 16% artımla 4.42 milyon avtomobil (yük maşınları və avtobuslar daxil olmaqla) ixrac edib. Çin nə az, nə çox yarım milyon çox – 4.91 milyon (istehsalçının ümumi məlumatları) və ya 5.22 milyon (gömrük statistikası) avtomobil ixrac edib. Sonuncu halda illik artım 57% təşkil edib, ixracın üçdə biri elektrikli nəqliyyat vasitələrinin payına düşüb.
Çinin yeni minik avtomobillərinin Rusiyaya idxalı ötən il 5 dəfə artaraq 325.8 min ədəd olub. Beləliklə, Çinin ümumi ixracının Yaponiyadan artıq hissəsinin yarısı (və ya üçdə biri) Rusiya tərəfindən təmin edilib.
Dünyanın ən böyük avtomobil istehsalçısı olaraq qalan “Toyota” ABŞ-da, “Suzuki” – Hindistan və Aİ-də böyük istehsala malikdir.