Azərbaycanda Çin istehsalı olan bəzi avtomobillərin qiyməti ucuzlaşıb.
Ötən il 2024-cü ilin 0 kilometr avtomobilinin satış qiyməti bu il 2025-ci il istehsalı eyni model, eyni komplektasiyanın qiymətindən 1000-2000 manat çox idi. Yəni il keçdikcə modelin buraxılış ili yeni olsa da, qiymət enir. Satıcıların sözlərinə görə, qiymətlərin bu qədər fərqli olmasının bir çox səbəbi var. Əsas amillərdən biri Çin bazarında modellərin müxtəlifliyidir.
Satıcılar bildirirlər ki, avtomobillərin modelindən asılı olaraq 200 dollardan 1000 dollara qədər qiymətlərdə fərq var. Seqmentləri fərqli olan avtomobillərdə bu göstəricilər də fərqli olur. Bəzi modellərdə isə qiymət 3500-4000 manatdan aşağıdır.
Satıcılar onu da qeyd ediblər ki, avtomobillərin Çindən Azərbaycana gətirilməsində mövsümə uyğun qiymətlər dəyişdiyinə görə də bazarda qiymət müxtəlifliyi mövcud olur.