9 C
Baku
Thursday, December 12, 2024

Çin ay yarım şarj saxlayan smartfon buraxıb

Çin markası Fossibot zərbəyə davamlılığı və böyük 10600 mAh batareyanı vurğulayan F101 smartfonunu təqdim edib.

Bu barədə “Gizchina” portalı məlumat yayıb .

Qeyd olunur ki, Fossibot gənc brenddir, onun debüt smartfonu F101 modeli olub. Qurğu 5,45 düymlük HD+ ekran, 24 meqapiksellik əsas kamera, 5 meqapiksellik sensor və 0,3 meqapiksellik sensorla təchiz edilib. Ön tərəfdə 8 meqapiksellik selfi kamerası var.

Smartfonun performansına büdcə çipi MediaTek Helio A22, 4 GB RAM və 64 GB daimi yaddaş cavabdehdir.

Eyni zamanda, Fossibot F101-də əsas vurğu 10600 mAh batareyaya yönəldilir ki, bu da istehsalçının fikrincə, smartfonun 44 gün ərzində gözləmə rejimində işləməsinə imkan verəcək. Belə bir böyük batareyanın 18 vatt güclə doldurulması təklif olunur.

Bundan əlavə, smartfonda böyük 3,5 Vt dinamik quraşdırılıb, korpus həmçinin IP68, IP69 və hərbi MIL-STD-810G standartlarına uyğun olaraq su və tozdan qorunub.

İlk Fossibot smartfonu 140 dollara (təxminən 10,5 min rubl) satışa çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər