17 C
Baku
Thursday, May 23, 2024

Çin Ayda elmi stansiya inşa edəcək

Çin Milli Kosmik İdarəsi (CNSA) bu il Ayın kəşfiyyatı proqramının dördüncü mərhələsinə başlayır.

Bu barədə bazar günü CNSA rəhbərinin müavini Vu Yanhua bildirib.

Onun sözlərinə görə, ÇXR tezliklə Yerin təbii peykinə “Çanye-6”, “Çanye-7” və “Çanye-8” avtomatik stansiyalarını göndərəcək.

Qarşıdakı missiyalar zamanı əsas texnologiyaların sınaqdan keçirilməsi və Beynəlxalq Elmi Ay Stansiyasının (ISLS) tikintisinə başlanılması planlaşdırılır.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər