27 C
Baku
Saturday, July 27, 2024

Çin Azərbaycan ərazisindən tranzitlə Niderlanda yük daşımağı planlaşdırır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəisi Xudayar Həsənli deyib ki, son bir neçə il ərzində liman Avropanın iri limanları ilə əməkdaşlığı genişləndirib, bu yaxınlarda isə “Trammo Inc” və Batumi gübrə terminalının sahibi “Wondernet Express Investment Group” şirkətləri ilə anlaşma memorandumu imzalayıb:

“Avropada əməkdaşlıq etdiyimiz iri limanlara Venlo, Antverpen və digər limanlar daxildir. Gələcəkdə Çin Venlo limanına blok-qatarlarla yük daşımağı planlaşdırır ki, bu qatarlar da tranzitlə bizim limandan keçəcək”.

Departament rəhbəri əlavə edib ki, Bakı limanında reallaşdırılması planlaşdırılan iri layihələr ortamüddətli perspektivdə limanın inkişafını sürətləndirəcək, dayanıqlığını və tranzit potensialını, eləcə də beynəlxalq təşkilatların etimadını artıracaq

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər