27 C
Baku
Saturday, July 27, 2024

Çin Azərbaycan neftinin alışını ucuzlaşanda kəskin artırıb, bahalaşında isə tam dayandırıb

Çin 2020-ci ildə Azərbaycandan aldığı xam neftinin bahalaşdığını “görüncə” alışı dayandırıb. Son 4 ay ərzində isə demək olar ki, bir barrel belə neft almayıb. Banker.az-ın 2020-ci il üzrə ən Azərbaycanın neftinin satıldığı ölkələrə görə siyahısında Çin Azərbaycan neftini ən ucuz (25 USD/bll) alan ölkədir.

Dünyada 2020-ci ildə mənbəyi Çindən olan koronavirus (COVID-19) dünya ölkələrinə zərərlər vurmağa başladı və qlobal iqtisadiyyat pandemiya səbəbindən “lockdown”lara getməsi səbəbindən aktivliyini zəiflədi. Nəticədə isə neftin qiyməti ötən ilin əvvəlindən başlayaraq ucuzlaşmağa başladı və hətta həmin ilin aprelində 15 dollar/barrellərə qədər ucuzlaşmalı oldu.

Çin isə ucuzlaşmağa məruz qalmış Azərbaycan neftinin minimal qiymətə ticarət olunduğu zamanda alışı kəskin şəkildə yüksəlmişdi. Məsələn, Çin 2020-ci ildə ən çox nefti may və iyun aylarında alıb. Azərbaycan nefti mayda 16-17 dollar/barrel intervalında ticarət olunduqda, Çin Azərbaycandan 6 milyon 320.9 min barrel həcmində neft alıb. Bunun dəyəri isə 106.45 mln. dollar olub.

Eyni ilə alışı iyunda da davam etmiş, hər barreli ortalama 18.52 dollara aldığı neftdən 2 milyon 852.1 min barrelə görə cəmi 52.81 mln dollar xərci olub.

İyulda Çin ölkəmizdən  iyulda 3 milyon 871 min barrel (120.95 mln dollar) avqusta isə 1 milyon 16 min barrel həcmində (47.35 mln dollar) olmaqla xam neft idxal edib. Həmin tarixdən sonra – sentyabr, oktyabr, noyabr və dekabrda Azərbaycandan bir barrel  belə (olubsa da çox cüzi olub) xam neft almayıb.

23424w2

Son xəbərlər
Digər xəbərlər