21 C
Baku
Friday, October 3, 2025

Çin-Azərbaycan ortaq müəssisəsi elektrik avtobuslarının istehsalına başlayıb

Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən elektrik avtobuslarının istehsalı müəssisəsində bu ilin sonunadək 300 avtobusun istehsalı planlaşdırılır.

Bunu  İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.

Onun sözlərinə görə, bu avtobuslardan 200-ü Bakı üçün, 60-ı Naxçıvan üçün, 40-ı isə Qarabağ regionu üçün nəzərdə tutulur:

“Avtobuslar 910 və 12 metrlik ölçülərdə olacaq. 9 metrlik avtobuslar əsasən Naxçıvanda, 12 metrliklər Bakıda, 10 metrliklər isə işğaldan azad olunmuş ərazilərdə istismar ediləcək”, – deyə o qeyd edib.

Xatırladaq ki, avtobuslar Çin–Azərbaycan ortaq müəssisəsi olan “Azerbaijan Energy Automotive Factory”də istehsal olunur. Müəssisə sentyabrın sonunda fəaliyyətə başlayıb.

Mənbə Report

Son xəbərlər
Digər xəbərlər