Çin bərpa olunan enerji mənbələri ilə bağlı hədəflərini açıqlayıb

Çin hökuməti günəş və külək enerjisinin ümumi istehlakdakı payını bu ilin sonuna qədər 9,7%-dən 11%-ə, 2025-ci ilə qədər isə 25%-ə çatdırmağı planlaşdırır.

“Business Times” nəşri xəbər verir ki, bu barədə Çinin Dövlət Energi Administrasiyasının (NEA) dərc etdiyi planda bildirilir.

2020-ci ildə Çində bərpa olunan enerji mənbələri hesabına istehsal 2019-cu ilə nisbətən 2 dəfə artıb. O cümlədən külək enerjisi istehsalı 71,67 Gvt artaraq və yaxud 34,2% artaraq 281,5 Gvt-a, günəş enerjisi isə 48,2 Gvt və yaxud 23,5% artaraq 253,4 Gvt-a çatıb. Beləliklə, ümumi göstərici təxminən 535 Gvt olub. Prezident Si Cinpinq 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri hesabına istehsalın 1 200 Gvt-yə çatdırılacağını bildirib.

Ötən il ölkədə bərpa olunan enerji mənbələrinə sərmayələr isə 11 milyard ABŞ dollarına çatdırılıb ki, bu da rekord həddir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər