6 C
Baku
Sunday, December 15, 2024

Çin bank sisteminə dəstəyi gücləndirir

Çin Xalq Bankı orta müddətli kreditləşmənin (TMLF) dəyərini 20 baza punktu 2.95% -ə endirərək bank sistemi üçün 56.1 milyard yuan (7.9 milyard dollar) likvidlik təmin edib.

Banker.az xəbər verir ki, bankın qeyd etdiyi kimi, dünya “Böyük depressiya” təhlükəsi ilə üzləşə bilər. Tənzimləyici bunun az ehtimal olunduğunu bildirsə də, istisna etmir.

“Pandemiya nəzarət altından çıxdığı halda, real iqtisadiyyatın vəziyyəti pisləşəcək və bu, dünyanın Böyük depressiya təhlükəsi ilə üzləşməsinə səbəb olacaq”, – deyə Çin Xalq Bankının beynəlxalq şöbəsinin direktoru Zhu Jun bildirib.

Xalqın sağlamlığını qorunmaq zərurəti ilə istehsal fəaliyyətinin dayandırılması arasında kompromis axtaran iqtisadçılar, Covid-19 ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirmək məcburiyyətindədirlər.
Onların sözlərinə görə, koronavirusun dünya iqtisadiyyatına vurduğu zərər 2008-ci il maliyyə böhranından daha güclü olacaq.

Son xəbərlər
Digər xəbərlər