10 C
Baku
Friday, November 15, 2024

Çin bankının əməkdaşlarını xətkeş ilə döydülər

South China Morning Post nəşrinin verdiyi məlumata görə, Çinin şimal-qərbində yerləşən bankın iki rəhbəri internetdə kredit təşkilatının əməkdaşları ilə təlimdən yayımlanan qalmaqallı videodan sonra vəzifələrindən uzaqlaşdırılmışlar.

Bundan daha öncə isə, Facebook sosial şəbəkəsində menecerlərin açıq şəkildə əməkdaşlarını necə təhqir etdiyini əks etdirən video paylaşılmışdı.

Nəşrin verdiyi məlumata görə, 4 kişi və 4 qadın dayanır və əlində mikrafon olan bir kişi onlara yaxınlaşaraq nəyə görə təlimdə aşağı dərəcəli nəticə göstərdiklərini soruşur. Bütün əməkdaşlar sıra ilə işin öhdəsindən gələ bilməmək səbəblərini izah edirlər. Bundan sonra isə həmin kişi bir-bir onlara yaxınlaşır və onları böyük xətkeş ilə vurur.

Bankda çalışan və adını açıqlamaq istəməyən bir əməkdaşın bildirdiyinə görə xətkeşlə vurmaq bankda mövcud olan yeganə cəza növü deyil. Belə ki, həmin gün təlimdə 16 əməkdaşın saçını qırxmışlar.

Sözügedən video yayımlandıqdan sonra Şanxayın “Lider akademiyası”-nın treneri olan Çyan Yan öz davranışına görə üzr istəmişdir. Bununla belə, o bildirmişdir ki, bu metodlar “məhsuldarlığı artırmaq üçün ən effektiv üsullardan biridir”.

Son xəbərlər
Digər xəbərlər