Çin bankının qadağa xəbəri ardından Bitkoin ucuzlaşır

Bitkoinin (BTC) qiyməti 21 iyunda Çindən gələn xəbərlərlə birlikdə dəqiqələr içində 32 500 dolların altına düşüb.

Bitkoinin öncəki aylarda ucuzlaşmanın ardından bərpa prosesinə başlayarkən Çindən yenidən bu kriptovalyutanın qiymətinin düşməsinə önəmli təsir edə biləcək açıqlama gəldi. Çinin ən böyük bankı olan Çin Kənd Təsərrüfatı Bankını bitkoin və digər kriptovalyutaların investorlarına xəbərdarlıq edib.

Bank rəqəmsal aktivlərlə əlaqəli bütün əməliyyatları blok edəcək, eyni zamanda bu əməliyyatları həyata keçirən müştərilərlə müqavilələri ləğv edəcək.

“Kriptovalyutalarla əlaqəli əməliyyatlar aşkar edildikdə, həmin hesablar dərhal dondurlacaq, müştəri münasibətlərinə xitam veriləcək və müvafiq şöbələrə bildiriləcək” – deyə, Çinin kriptojurnalisti Kolin Vu Tvitterində yazıb.

Yaranan qiymət dəyişkənliyi narahatedici olsa da, bu Çinin əvvəlki açıqlamalarına bir qədər yaxındır. Elektron pul mədənçilərinin ölkədə təzyiqlərlə üzləşməsi və səlahiyyətlilərin 2017-ci ildən bəri tətbiq olunan məhdudiyyətlərin genişləndirməsi səbəbindən bu ölkə son həftələrdə Bitcoin investorları üçün narahatlıq mənbəyinə çevrilməkdədir.

Burunlara rəğmən, bir çoxları qiymət təzyiqinin həddindən artıq şişirdilmiş reaksiya olduğunu və nəticədə Bitkoinin Çin asılığının qurtulması üçün bir imkan kimi görürlər.

Maraqlıdır ki, Çin Kənd Təsərrüfatı Bankının verdiyi elanın silindiyi barədə xəbərləri də yayılmağa başlayıb, lakin rəsmi olaraq təsdiqləyən fakt yoxdur.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.