2 C
Baku
Thursday, February 29, 2024

Çin bankları 350 milyard dollar zərər ilə qarşı-qarşıya

Çində yaşanan daşınmaz əmlak böhranı nəticəsində bu ölkənin bankları böyük itkilərlə üzləşə bilər.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Çinin 20-dən çox şəhərində ev alanların ipotekanı ödəməkdən imtina etməsi ölkə banklarına təzyiqi artıra və daşınmaz əmlak böhranını təhlükəli həddə çatdıra bilər.

Ölkənin daşınmaz əmlak bazarına inam kəskin şəkildə aşağı düşdüyünə görə Çin bankları ən pis ssenaridə $350 mlrd. ipoteka itkisi ilə üz-üzədirlər.

Qeyd edək ki, dayandırılmış layihələrin yaratdığı spiral böhran yüz minlərlə ev alıcısının inamını sarsıdıb, 90-dan çox şəhərdə ipoteka boykotuna səbəb olub və bunun daha geniş sistematik riskləri yarada biləcəyi ilə bağlı narahatlıqları artırıb. İndi sual bunun baş verib-verməyəcəyi deyil, ölkənin 56 trilyon dollarlıq bank sistemini nə qədər aşındıracağıdır.

Ən pis ssenaridə “S&P Global Ratings” 2.4 trilyon yuan (356 milyard ABŞ dolları) və ya ipoteka kreditlərinin 6.4%-nin risk altında olduğunu təxmin edir, “Deutsche Bank” isə ev kreditlərinin ən azı 7%-nin risk altında olduğunu bildirir. İndiyədək banklar boykotlardan birbaşa təsirlənən vaxtı keçmiş ipoteka kreditləri üzrə cəmi 2.1 milyard yuan zərər açıqlayıblar.

Son xəbərlər
Digər xəbərlər