7 C
Baku
Thursday, December 12, 2024

Çin bankları Rusiyadan ödənişləri qəbul etməyi dayandırır

Çinin regional bankları Rusiyadan ödənişləri qəbul etməyi dayandırır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Xatırladaq ki, 2024-cü ilin may ayından etibarən kiçik Çin bankları Qərbin sanksiyalarına daha az həssas olduqlarına inandıqları üçün Rusiya ilə ödənişləri artırıb.

Buna baxmayaraq, Çindən avadanlıq tədarük edən Rusiyanın “Atvira” şirkətinin baş direktoru Yekaterina Kizikeviçin sözlərinə görə, iyulun 20-də Çin banklarından biri ödənişlərin dayandırılması ilə bağlı məktub göndərib.

“Hətta Çindəki kiçik regional banklar may-iyun aylarında Rusiya biznesi ilə işləsələr də, ödənişləri qəbul etməkdən getdikcə imtina edir”, – mesajda deyilir.

Bu gün Çin banklarının 98 faizindən çoxu Rusiyadan birbaşa ödənişləri qəbul etməkdən imtina edir.

Son xəbərlər
Digər xəbərlər