Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin Çin Sədri Si Cinpini diktator adlandırmasına etiraz edib.
Bu barədə Çin XİN-in bəyanatda bildirilib.
Nazirlikdən qeyd olunub ki, ABŞ tərəfinin bəyanatları məsuliyyətsizlikdir, diplomatik etiketi pozur və açıq siyasi təxribatdır.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinkenin Çin səfərindən sonra Co Bayden çıxışı zamanı ABŞ səmasında vurulan bu ölkəyə məxsus hava şarlarının içində kəşfiyyat aparatlarının olmasını, Si Cinpinin bundan xəbərsiz olduğunu deyib. Buna əlavə olaraq deyib ki, baş verən hadisələrdən xəbərsiz olmaları diktatorlar üçün böyük biabırçılıqdır.