3 C
Baku
Saturday, December 14, 2024

Çin bazarının kapitallaşması 2015-ci ildən bəri ilk dəfədir 10 trln. dolları keçdi

Çinin səhm bazarının dəyəri 2015-ci ildən bəri ilk dəfə 10 trilyon dollardan çox artaraq tarixin rekorda yaxınlaşıb.

Banker.az xəbər verir ki, bu barədə bazar ertəsi gününə qədər toplanan məlumatlara istinadən “Bloomberg” yazıb.

Agentliyin bildirdiyinə görə, Çində ilkin listinqi olan şirkətlərin səhmləri mart ayından bu yana 3,3 trilyon dollar bahalaşıb ki, bu da Pekinin ticarət qaydalarını yumşaltması və yuanı möhkəmləndirmək istiqamətində atdığı addımları fonunda baş verib.

“Bu, səhm bazarında qeydə alınan fasilədən sonra əhəmiyyətli bir rəqəmdir”, – deyə “Bocom International” şirkətinin aparıcı strateqi Hao Hong söyləyib.

Qeyd edək ki, diqqətçəkici artıma baxmayaraq, səhmlərin ümumi dəyəri üzrə birinci yerdə ABŞ fond bazarı dayanır (38,3 trilyon dollar). İkinci – Çin, üçüncü – Yaponiya (6,2 trilyon dollar), dördüncü – Honkonq (5,9 trilyon dollar), beşinci – Böyük Britaniya (2,8 trilyon dollar).

Son xəbərlər
Digər xəbərlər