25 C
Baku
Saturday, July 27, 2024

Çin beşinci kosmodromun tikintisinə başlayacaq

Çin Zhejiang əyalətinin Sianşan mahalında beşinci kosmodromun tikintisinə başlayacaq.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə 7 aprel tarixində Ninbo azad ticarət zonasının rəsmi saytında məlumat verilib.

Bildirilir ki, tenderə həmçinin komanda mərkəzinin və yığma-sınaq kompleksinin inşası daxildir. Ninbo layihəyə təxminən 20 milyard yuan (3 milyard dollar) investisiya qoymağı planlaşdırır. Kosmodromun ildə 100-ə qədər raket atışı həyata keçirə biləcəyi qeyd olunur.

2021-ci ilin aprel ayında əldə olan məlumata görə, hal-hazırda Çində dörd kosmodrom var – üçü materikdə, biri Hainan adasının cənubunda.

Son xəbərlər
Digər xəbərlər