16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Çin “bir ailə – bir uşaq” siyasətini ləğv etməyi planlaşdırır

Screen Shot 2021 09 02 at 14.34.20

Çin hökuməti yaxın bir neçə ildə uşaqların doğuşu ilə bağlı bütün məhdudiyyətləri ləğv etməyi planlaşdırır. Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Belə ki, son siyahıyaalınma göstərir ki, ölkədə əhali artımı ən aşağı səviyyəyə düşüb və Mərkəzi Bank səlahiyyətli orqanlara demoqrafik üstünlüyünün itirilməsi barədə xəbərdarlıq edib.

Ailədəki uşaq sayına qoyulan məhdudiyyətləri ləğv etməzdən əvvəl hökumət demoqrafik problemləri həll etmək üçün daha geniş mexanizmləri tətbiq etməyi planlaşdırır. Xüsusilə, doğuşu təşviq etmək üçün daha təsirli yolların seçilməsi və pensiya yaşının artırılması proqramı. Bununla yanaşı, Çin yaxın 3-5 ildə doğum nəzarətindən tamamilə imtina etmək niyyətindədir.

Xatırladaq ki, 2016-cı ildən Çində bir ailədə maksimum iki uşağa icazə verilir. Mütəxəssislərin hesablamalarına görə, 2011-2020-ci illərdə Çində əhali artımı 0.53% təşkil edib, ondan əvvəlki onilliklərdə isə 0.57%.

Mərkəzi Bankın verdiyi məlumata görə, uşaqların doğuşu ilə bağlı bütün məhdudiyyətlər ləğv edilməlidir, əks halda əhalinin sayı 32 milyon insan qədər azala bilər.

Eyni zamanda bu məhdudiyyətləri aradan qaldırılması istənilən nəticəni verməyə də bilər: şəhər əhalisi azalacaq, kənd əhalisi isə sürətlə genişlənəcək, bu da yoxsulluğun inkişafına və məşğulluğun ixtisarına gətirib çıxaracaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər